eacademy

HESABIN SİLİNMƏSİ

eacademy hesabınızı istənilən vaxt özünüz silə bilərsiniz. Təhlükəsizlik üçün silmədən əvvəl şifrəniz yenidən soruşulur.

Mobil tətbiqdə

  1. Tətbiqə daxil olun və aşağıdakı menyudan Hesab bölməsini açın.
  2. Menyudan Hesabı sil bölməsini seçin (və ya Təhlükəsizlik tabını açın).
  3. Hesabımı sil düyməsinə basın, şifrənizi daxil edib təsdiqləyin.

Saytda

  1. eacademy.az saytına daxil olun.
  2. Hesab Ayarları → Təhlükəsizlik bölməsini açın.
  3. Hesabımı sil düyməsinə basın, şifrənizi daxil edib təsdiqləyin.

Hesaba daxil ola bilmirsinizsə

Qeydiyyatdan keçdiyiniz e-poçt ünvanından info@eacademy.az ünvanına “Hesabın silinməsi” mövzusu ilə yazın. Müraciət hesabın sahibi olduğunuz təsdiqləndikdən sonra icra olunur.

Nə silinir, nə qalır

Silinir:

  • ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi, sinif, bölmə və digər profil məlumatları;
  • profil şəkli;
  • imtahan zamanı nəzarət qeydləri;
  • bildirişlər və kurs qeydiyyatları.

Adsızlaşdırılmış şəkildə qalır: imtahan nəticələri və sertifikatlar — adınız olmadan, yalnız statistika üçün.

Qanunla saxlanılır: ödəniş qeydləri (şəxsi məlumatsız), qanunvericiliyin tələb etdiyi müddət ərzində.

İstifadə olunmamış biletlər ləğv olunur. Hesabın silinməsi geri qaytarılmır.

Ətraflı məlumat Məxfilik Siyasətindədir. Ətraflı: Məxfilik Siyasəti.